Rusiyada yaşayış binasında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb

Rusiyanın Maqntoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb.

SİA xəbər verir ki, partlayış binanın ikinci mərtəbəsində baş verib. İlkin ehtimala görə, mənzildə təmir işləri aparılırmış. Partlayışdan sonra baş verən güclü yanğın qonşu mənzilləri də əhatə edib. Binanın sakinləri təxliyə edilərək orta məktəbdə yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə