Koronavirusla mübarizənin vacib şərti beynəlxalq həmrəylikdir - Fəxrəddin Altun

"Türkiyə yeni tip koronavirus (COVID-19) ilə mübarizə çərçivəsində səhiyyə məsələləri ilə yanaşı, beynəlxalq əməkdaşlığa da üstünlük verir. Dünyanı təsiri altına alan bu ölümcül virusa qarşı aparılan mübarizənin "olmasa olmaz" dediyimiz ən vacib şərti beynəlxalq həmrəylikdir". SİA-nın məlumatına görə, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

F.Altun "Twitter" hesabından etdiyi şərhdə bildirib ki, Türkiyə koronavirusla təsirli və sərt şəkildə mübarizə aparır: "Təcili tədbir aldıq və fərqli senarilərə hazırlandıq. Səhiyyə sistemimiz tarixi epidemiya şərtləriylə müqayisə edildiyində bir çox ölkənin səhiyyəsindən daha güclü olduğunu sübut etdi".

F.Altun Prezident Rəcəb Tayyib Ərdoğanın yeni tip koronavirusla mübarizədə Türkiyənin addımlarını koordinasiya etməklə yanaşı, problem qarşısında qlobal bir addım atılması istiqamətində səyləri artırmaq üçün çox çalışdığını ifadə edib.

"Beynəlxalq həmrəylik dünyada təsiri altına almadığı bir yer belə qalmayan bu ölümcül virusa qarşı mübarizədə "olmasa olmaz" dediyimiz ən vacib şərtdir. Bu virusun ölkələrin qlobal əməkdaşlığı iflasa uğradacaq yeni sərhədlər çəkməsinə təkan verməsinə imkan verməməliyik. Xalqların təcrid olunmuş cəmiyyətlərə çevrilməsinə imkan verməməliyik. Müxtəlif arenalarda və forumlarda beynəlxalq həmrəyliyə və qlobal əməkdaşlığa dair çağırışlarımızı davam etdirəcəyik", F.Altun həmçinin bunları qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə