Vərəmə qarşı vaksin koronavirus əleyhinə sınaqdan keçirilir

Avstraliya Merdok Uşaq Elmi İnstitutunun alimləri koronavirusla mübarizə üçün bir BCG peyvəndi (vərəm xəstəliyinə qarşı hazırlanmış Bacillus Calmett-Guerin) üzərində klinik sınaq keçirmək niyyətindədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə institutun saytı məlumat yayıb.

"Avstraliya tibb tədqiqatçıları hərtərəfli, yenilikçi sınaqları ilə məşhurdurlar. Bu test bizə COVID-19 əlamətlərinə qarşı peyvəndin effektivliyini düzgün şəkildə sınamağa imkan verir və qəhrəman paramediklərimizin həyatını xilas etməyə kömək edə bilər", deyə İnstitutun professoru Katerine Nort bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə