Koronavirusdan Avropa Parlamentinin əməkdaşı da öldü

Avropa Parlamentinin rəhbəri David Sassoli koronavirus diaqnozu qoyulan bir gənc əməkdaşın öldüyünü bildirib. SİA xəbər verir ki, bu barədə TASS, Sassolinin Brüsseldə təcili plenar iclasının açılışındakı nitqinə istinadən məlumat yayıb.

"Bir neçə gün əvvəl, bu dəhşətli virus bizə çox yaxınlaşıb. Bu virus bizimlə bir yerdə Avropa Parlamentində çalışan bir gənci aramızdan götürdü", deyə Avropa Parlamentinin rəhbəri təəssüf hissini gizlətməyib.
Məlumatda qeyd olunur ki, Sassoli mərhumun ailəsinə, eləcə də koronavirus nəticəsində ölən bütün insanların ailələrinə başsağlığı verib.
Xatırladaq ki, martın 11-də ÜST COVİD-19-un pandemiya olduğunu elan edib. Təşkilatın məlumatına görə, bu günə qədər dünyada 414 mindən çox xəstəlik hadisəsi qeydə alınıb və 18 mindən çox insane koronavirusdan ölüb. Ən çox qurban Çində və İtaliyada qeydə alınıb. Bununla yanaşı, Çində artıq xəstələnənlərin 90% -i müalicə olunur. Bu gün virusun yayılması ilə bağlı ən kəskin vəziyyət İtaliya, İspaniya, ABŞ, Fransa və Almaniyadadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə