Sərhədsiz həkimlər: Yəmənlilər əllərini necə yuyacaqlar? - AKTUAL

Yeni növ koronavirus epidemiyasının yayılması ilə fərdi təmizlik vərdişlərinin əhəmiyyəti vurğulanmağa başlanıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Mütəxəssislər, xüsusən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), koronavirusdan qorunmaq üçün əllərin tez-tez sabunla yuyulmasının vacibliyini xəbərdar edir.

Ancaq illərdir müharibə bölgəsində olan Yəmən xalqı üçün əlləri sabunla yumaq əlçatmaz bir lüks halına gəlib.
ÜST-nin məlumatına görə, bu günə qədər Yəməndə yoluxma hadisəsi baş verməyib. Bununla birlikdə, epidemiya ölkəyə yayılarsa, böyük bir humanitar böhranın baş verə biləcəyi ilə bağlı xəbərdarlıq verilir.

Yəməndə insanlar onsuz da su mənbələrinin çatışmazlığı səbəbindən problem yaşayır. Kilometrlərlə yol qət edən yəmənlilər quyudan çəkilən suyu qablara doldurub evlərinə aparırlar. Bir çox insanın bu çirkli sudan içmək və yemək üçün istifadə etməkdən başqa çarəsi yoxdur.



Sərhədsiz həkimlər: Yəmənlilərin əllərini yumağa suyu yoxdur

Yəməndə 30 milyon əhalinin təxminən 80 faizi yardıma ehtiyac duyur. Sərhədsiz Həkimlər (MSF) bir çox Yəmənlinin hətta təmiz suya və ya sabuna çatışmazlığından narahatdırlar.

Yəməndəki MSF proqram meneceri Caroline Seuuin, AFP-yə verdiyi açıqlamada "Biz onlara koronavirusa qarşı əllərinizi yumağı tövsiyə edə bilərik, amma bunu etmək üçün heç bir vasitə yoxdursa necə olacaq?" deyə bildirib.
Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə İran tərəfindən dəstəklənən hutilər, 2014-cü ilin sentyabr ayından bəri paytaxt Sənaya və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından bəri Yəmən hökumətinə hutilərə qarşı dəstək verir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə