ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu

İraqın paytaxtı Bağdadda səhər saatlarında hökumət binaları və xarici nümayəndəlik agentliklərinin yerləşdiyi Yaşıl Bölgəyə iki raket atılıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Təhlükəsizlik mənbələri, raketlərdən birinin ABŞ səfirliyinə, digəri isə Bağdad Əməliyyat Mərkəzinin giriş qapısına yaxınlaşdığını bildirib. Xəsarət alanın olmadığı hücumla əlaqədar İraq rəsmilərindən heç bir açıqlama verilməyib.
Hücumlara görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

ABŞ-ın Bağdaddakı səfirliyi tez-tez raket hücumlarına məruz qalır.

Vaşinqton rəhbərliyi hücumlarda İran və İranın dəstəklədiyi şiə milis qruplarını günahlandırır.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Mosuldakı Kayyara bazasından çıxıb

Bu vaxt ABŞ-ın rəhbərliyindəki İŞİD əleyhinə koalisiya qüvvələri Mosuldakı Kayyara Hərbi Bazasını İraq ordusuna təslim edib.
Martın 19-da Anbardakı Əl Kaim Hərbi Bazasından da çıxarılan koalisiya qüvvələrinin yaxın günlərdə Kərkükdəki K1 Hərbi Bazasından çəkiləcəyi gözlənilir.
İraqın Baş naziri Heydər əl-İbadi, 2017-ci ilin dekabrında ölkə ərazisinin tamamilə İŞİD-dən təmizləndiyini açıqlanıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə