Covid-19 səbəbiylə dünyada baş verən son hadisələr - AKTUAL

Dünyada koronavirusa yoluxanların sayı (Covid-19) 472 min nəfəri keçib. Koronavirus nəticəsində ölənlərin sayı 21 min nəfəri ötüb. Müalicədən sonra sağalmış insanların sayı 114 min nəfər olub.

Pandemiyanın ən ağır zərər verdiyi Avropa ölkəsi olan İtaliyada son 24 saat ərzində 683 adam ölüb. Beləliklə Covid-19 səbəbiylə həyatını itirənlərin sayı 7min 503 nəfərə çatıb.

Ölkədə 5 min 210 yeni hadisənin qeydə alınması ilə müsbət koronavirus test nəticələrinin sayı 74 min 386 nəfərə çatıb.
Fransada Kovid-19-dan ölənlərin sayı son 24 saatda 231 nəfər artaraq 1 min 331 nəfər olub.

SİA Covid-19 səbəbiylə dünyada baş verən son hadisələri təqdim edir:

- ABŞ-da Covid-19 hadisəsində ölənlərin sayı min nəfəri keçdi

- Nyu Cersi ştatında Türkiyə vətəndaşı vəfat edib

- İranda səyahət və əyalətlərdən çıxış qadağası tətbiqi başladı

- İspaniyada fövqəladə vəziyyət elan edildi

- Rusiya digər ölkələrlə hava nəqliyyatını tamamilə dayandırdı

- İngiltərədə Covid-19 səbəbiylə ölənlərin sayı 465 nəfər oldu

- Fələstində yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb

- Cammu Kəşmirdə koronavirusdan ilk ölüm

- Qırğızıstan BVF-dən koronavirusla əlaqədar maliyyə yardımı istədi

- Son iki gündə Çində ölkədaxilində yeni Covid-19 hadisəsi baş vermədi

- İsraildə koronavirus hadisələrinin sayı 2 min 495 nəfərə, ölənlərin sayı 5 nəfərə çatdı

- Kanadada Covid-19-dan ölənlərin sayı 33 nəfərə yüksəldi

- Malidə qismən komendant saatı elan edildi

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə