Avrozonanı ciddi böhran gözləyir ASVENDO

"Bu pandemiya mübaliğəsiz olaraq iqtisadiyyata, ticarətə və əsasən iş yerlərinə və insanların rifah halına çox güclü təsir edəcək... Son proqnozlar deməyə zəmin yaradır ki, iqtisadi tənəzzül və iş yerlərinin itirilməsi məsələsi 12 il əvvəl yaşanmış maliyyə böhranından daha pis olacaq". SİA xəbər verir ki, Beynəlxalq Ticarət Təşkilatının sədri Roberto Asevedonun fikirlərini RİA Novosti yayıb.

Təşkilat rəhbəri həmçinin iştirakçı ölkələrə müraciət edərək, COVID-19-la mübarizədə şəffaflığın təminatı baxımından hansı ticari ölçülər götürəcəkləri barədə məlumat vermələrini də xahiş edib.

Qeyd edək ki, martın 23-də Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva bəyan edib ki, Fond koronavirusa görə, bu il dünya iqtisadiyyatında 2008-ci ildəkindən daha ciddi resessiya gözləyir.

Martın 25-də isə Bloomberg analitikləri belə bir proqnozla çıxış ediblər ki, COVID-19-a görə, avrozonanı güclü böhran gözləyir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...