Arakanalı qaçqınların Banqladeşdəki düşərgələrində koronavirusla bağlı - SON VƏZİYYƏT

Banqladeşdə 600 mindən çox arakanlı qaçqının olduğu dünyanın ən böyük qaçqın düşərgəsində Covid-19 pandemiyası səbəbiylə çaxnaşma var. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

2017-ci ildə Myanmada hərbi təzyiq və etnik zorakılıqdan qaçan Arakanlı müsəlmanların yaşadığı düşərgələr mütəxəssislərin fikrincə, yeni növ koronavirusun sürətlə yayılması üçün əlverişli mühit yaradır.

Banqladeşdə Sərhədsiz Həkimlər Birliyinin rəhbəri Pol Brokman düşərgələrdə sosial məsafə qaydasını tətbiq etməyin demək olar ki, mümkün olmadığına diqqət çəkib. Dünya səhiyyə orqanları insanlar arasında məsafəni 2 metr tövsiyə etsə də, küçələrin eni 2 metr olduğu bu düşərgələrdə bu çətin görünür. Maskaların nadir hallarda rast gəlindiyi düşərgələrdə olan insanlar dezinfeksiyaedicilərdən xəbərsizdirlər.

Arakanalı qaçqınlar Covid-19 epidemiyası haqqında kifayət qədər məlumat əldə etmirlər, çünki Banqladeş hökuməti keçən il düşərgələrdə interneti kəsib.

Düşərgələrdə olan koronavirus qorxusu, keçən həftə Hindistandan gələn bir Arakan ailəsinin karantinə alınması ilə daha da artıb. Düşərgə sakinləri düşərgə yaxınlığında Banqladeşli bir qadının koronavirus testinin nəticəsinin müsbət olması epidemiya həyacanını artırdığını söyləyirlər.

Arakan icmasının lideri Məhəmməd Cubayer, "Çox narahatıq. Virus bura çatsa, vəhşi alov kimi yayılacaq" deyir. "Hər gün bir çox heyət düşərgəyə daxil olur və çıxır. Bu yaxınlarda da bir çox insan diasporadan qayıdıb. Onlar da virus daşıyıcısı ola bilərlər".

Birləşmiş Millətlər Təşkilatı bu yaxınlarda Banqladeş hökumətini düşərgələri internetlə təmin etməyə çağırıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...