Türkiyədə koronavirüs epidemiyası - SON STATİSTİKA

Son 24 saatlıq müddətin ardından Türkiyədə bu günə qədər Covid-19 səbəbindən həyatını itirənlərin sayı 59 nəfərə yüksəlib, yoluxma sayı isə 2 min 433 nəfər olub. SİA bunu Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Türkiyə Səhiyyə naziri Fahrettin Koca Twitter hesabından verdiyi açıqlamada, "Son 24 saatda 5 min 35 test edilərək 561 diaqnoz qoyulub. Xəstələrimizdən 15 nəfəri dünyasını dəyişib. İndiyə qədər itirdiyimiz xəstələrin sayı 59 nəfərdir. Xəstələrin ümumi sayı 2 min 433 nəfərdir. Sıfır risklə yaşamağa çalışaq. Bizi həyata aldığımız qabaqlayıcı tədbirlər bağlayır" deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...