Kraliçada COVID-19-un olmadığı élan edildi

Böyük Britaniyanın kraliçası II Yelizaveta sağlamdır və onda koronavirus əlamətləri yoxdur. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bukinqem sarayından élan edilib.

Qeyd edilib ki, lraliça bütün göstərişlərə əməl edir.
"Əlahəzrət hələ sağlamdır. Sonuncu dəfə 12 martda Şahzadə Çarlzla görüşüb və sağlamlıq vəziyyətinə dair bütün tövsiyələrə əməl edib. Artıq bu mövzuya şərh verməyəcəyik", deyə sarayın açıqlamasında bildilir.
Xatırladaq ki, bundan əvvəl Britaniya şahzadəsi Çarlz koronavirus üçün testdən keçib, test müsbət nəticə göstərib və onun COVİD-19 virusuna yoluxduğu təsdiqlənib. Kraliça II Yelizabetin 71 yaşlı oğlu virusa xas olan bəzi simptomları özündə aşkar edərək koronavirus üçün test etdirmək qərarına gəlib. Qeyd olunur ki, şahzadə özünü yaxşı hiss edir və evdən işləyir. Həyat yoldaşı Camilla da test etdirib, ancaq onda koronavirus tapılmayıb. Hazırda onlar Şotlandiyadakı bir evdə təcrid olunmuş vəziyyətdədirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə