Koronavirusdan təmizlənən Diamond Princess gəmisi Yaponiyanı tərk edir

Amerikanın kruiz gəmisi Diamond Princess-də koronavirusun kütləvi yayılması ilə əlaqədar dezinfeksiya işləri aparılıb və artıq işlər başa çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumata görə, çərşənbə günü karantində olan həmin gəmi Yaponiyanın Yokohama limanını tərk edəcək.
Xatırladaq ki, gəmi Cənub-Şərqi Asiya, Çin və Yaponiyanın sahillərindəki dənizlərdə üzürdü. Honkonqda sahilə çıxan Çindən bir sərnişində Coronavirus aşkar edilib. Fevralın 4-dən bəri, həmin gəmi karantinə alınıb. Qeyd edək ki, göyərtədə təxminən 3700 sərnişin və ekipaj olub və onlardan 712 nəfərdə koronavirus aşkar edilib, hansıki Yaponiya xəstəxanalarında onlardan 10 nəfəri həyatını itirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə