Gürcüstanda koronavirusa yoluxanların sayı artır

Gürcüstanda bu gün daha 3 nəfər koronavirusa yoluxub.

SİA-nın məlumatına görə, ölkədə virusa yoluxanların sayı 73 nəfərə çatıb.

Onlardan 9 nəfəri sağalıb.

Hazırda 4 055 nəfər karantinə alınıb, 252 nəfər stasionar nəzarətdədir.

Qeyd edək ki, koronavirus epidemiyası ilə əlaqədar Gürcüstanda aprelin 21-dək fövqəladə rejim qüvvədədir.`

Bütün xəbərlər Facebook səhifəmizdə