306 məhbus üçün icazə müddəti uzadılıb - Belçikada

Belçika hökuməti, məhkumları və işçilərini koronavirusun (Covid-19) yayılmasından qorumaq üçün 306 məhbusun icazəli təxliyəsinin ən az 5 aprel tarixinə qədər uzadıldığını açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Bu tətbiqetmədən bəhrələnən məhkumların yüngül cinayətlər üzündən gəldikləri və həbsxana proseslərinin sona yaxınlaşdığı bildirilib.

Belçika Ədliyyə Nazirliyinin sözçüsü Kathleen Van De Vijver açıqlamasında "Bunlar cəmiyyətə uyğunlaşmağa çalışan müsbət davranışları göstərən məhbuslardır. Bütün məhkumların yaşayış yeri müəyyəndir. 36 saatlıq icazəli çıxış 5 aprelədək uzadılıb" deyə bildirib.

Xatırladaq ki, terrorizm və ya cinsi təcavüz ittihamı ilə tutulan şəxslər bu tətbiqetmədən faydalana bilməzlər. 10 ildən çox cəza almış və yaşayış yerini göstərə bilməyən məhkumlar da istisna edilmir.

Hökumət həbsxanalardakı bütün ziyarətləri təxirə salmaq qərarına gəldi və məhbuslara ailələri ilə əlaqə yaratmaq üçün 20 avro telefon krediti verilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə