Çavuşoğlu: "Xaricdə 32 Türk vətəndaşı ölüb"

Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu, Covid-19 yayılması səbəbiylə xaricdə yaşayan Türklərin təxliyəsi ilə əlaqədar açıqlamalar verib. SİA bunu Türkiyə mətbuatına istinadən xəbər verir.

Çavuşoğlu "Dünən axşam (24 Mart) etibarilə 8 ölkədən 11 səfərlə, 2 min 721 Türk tələbə daha Türkiyəyə gətirilib. Bu tələbələr 14 günlük karantinə alınıb" deyə bildirib.

"Beynəlxalq cəmiyyətin hər zamankindən daha çox əməkdaşlıq içərisində olması lazım olan bir zamandayıq" deyən Çavuşoğlu, bu günə qədər 69 ölkənin Türkiyədən tibbi yardım tələbi olduğunu, bunlardan 17 ölkəyə yardım göndərildiyini dilə gətirib.

"Ancaq bunlara bizim də ehtiyacımız var" deyən Xarici işlər naziri Çavuşoğlu, "Əvvəlcə öz vətəndaşımızın sağlamlığıdır. Daha sonra əgər tibbi avadanlıqlardan geridə qalan olarsa, onu ixrac edə bilərik" deyib.

Bundan əlavə, xarici işlər naziri Mevlüt Çavuşoğlu, 32 Türkiyə vətəndaşının xaricdə öldüyünü söyləyib.
Çavuşoğlu, "Xaricdə, əsasən Avropa ölkələrində olan 32 Türkiyə vətəndaşı ölüb. Ailələr bəzi cənazələri Türkiyəyə gətirmək istəyib. Bu ölkələrdən uçuşlar yoxdur, ancaq onlar yük şəklində gətirilə bilər. Lazımi tədbirlər görülür və lazımi dəstək verilir" deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə