Koronavirusa görə Niderlandda xaos yaranıb DƏHŞƏTLİ FAKTLAR

Niderlandda COVID-19 epidemiyası virusun intensiv yayılması və artıq xəstələnmiş insanlar arasındakı ölüm sayına görə, İtaliya ssenarisindəki kimi inkişaf edir. Lakin hakimiyyət hələ də ciddi izolyasiya tədbirləri, məktəblərin və dükanların bağlanması ətrafında müzakirələr aparır. Bəs hollandiyalılar nəyi gözləyir və qorxurlar? SİA xəbər verir ki, Rusiyanın “Moskovski Komsomolets” nəşrinin müxbiri zanbaqlar ölkəsindən yzır:

Risk qrupuna aid olan əlillərə heç bir güzəşt edilmir

Hər yerə olduğu kimi, burada da tualet kağızından istifadə edirlər. Hələ pişikləri yemləməyə başlasaq, pişik konservləri də yoxa çıxacaq. Bəlkə də onları ehtiyat kimi alırlar ki, sonradan qidalar tükənərsə, keçilsin həmin konservlərlə. Hələ ki, ən ucuz məhsullar alıram.

Mən özüm əlilliyimə görə, risk qrupundayam. Lakin mənə heç bir güzəşt edilmir. Sadəcə deyiblər ki, evdə oturum. Biz qərara gəldik ki, yalnız öz ailəmizlə evdə bayram şənliyi düzəldək. Rus mağazasından hisə verilmiş yağlı balıq, pryaniklər və xırdalanmış kələm aldıq... Mənim ərim kompüter firmasında texniki direktordur, artıq 6 ildir ki, kənardan çalışır. Çünki o əlilin qayğısına qalır, yəni mənim. Mən 10 ildir ki, evdə oturmuşam, bu baxımdan, rejim planımızda az şey dəyişib. Son iki gündür ki, boğazım ağrıyır, hərarətim yüksəlib, lakin bilirəm ki, bu əsəblərimin gərginliyindəndir. Mənim kimilərə küçəyə çıxmağa qadağa qoyulub, ona görə də həkimə gedə bilmirəm, ancaq gözləyəcəyəm. Bizim böyük qızımız ayrıca yaşayır və o da aptekdən başqa heç yerə getmir.

Bir neçə gün əvvəl Niderlandın baş naziri heyrətlndirici ideya ilə çıxış eib. O, britaniyalıların tətbiq etdiyini təklif kimi irəli sürüb: infeksiyaya qarşı kollektiv immunitetin hazırlanması üçün axı nəyə görə bütün xəstələr və sağlamlar, cavanlar və yaşı çox olanlar bu virusa yoluxmasınlar ki? Düzdür, tibb işçiləri baş nazirin təklifin dəstəkləmədilər. Onlar bunu belə izah etdilər ki, immunitetin hazırlanması üçün ölkəyə bir neçə onillik lazımdır. Bir çoxları konsperioloji teoriyalara inanırlar ki, yuxarılarda kimsəyə lazım olmayan yaşlı əhalidən qurtulmağa çalışırlar, ona görə də təqaüdçülərin yaşadıqları xüsusi kəndlərdə İtaliyada olduğu kimi, gündə bir neçə nəfəri dəfn edirlər.

Qocalar evində həkim çatışmır, onlar varlılara və kasıblara bölünüblər

Mənə elə gəlir ki, Qocalar evlərində böyük qisimdə yoluxanların olması belə nəticəyə gəlməyə zəmin yaradır ki, orada əvvəldən həkim çatışmazlığı olub. Qocaları oraya ölməyə göndərirdilər, ölümündən əvvəl isə bayıra atırdılar. Orada qulluq etmək üçün tibb bacılarına ümid bağlanmışdı, lakin yüksək səviyyəli səhiyyə işçiləri yox idi. Qocalar artıq bunu talelərinin sonu kimi qiymətləndiriblər. Statistikaya görə, yalnız intensiv terapiyanı keçənlər sağ qalır, sağ qalanlar arasında isə varlılar və kasıblar bölünməsi gedir – kimlər ki, böyük evlərdə otururlar və həftələrlə küçəyə çıxmağa da ehtiyacları yoxdur, onlar varlılar, sosial mənzillərdə 10 nəfərlə birgə yaşayanlar isə hətta bir neçə günlük ehtiyat qidalar üçün yerləri də yoxdur, bu cür vəziyyətdə onların virusa yoluxma şansları kifayət qədər çoxdur.

Son zamanlarda iki özəl xəstəxana müflisləşdiyinə görə bağlanıb, indi bəzi mehmanxanaları klinikaya çevirmək istəyirlər. Lakin orada səhiyyə xidmətinin keyfiyyət dərəcəsinə zəmanət vermək olmaz. Yeri gəlmişkən, ailə həkimləri pasientləri xüsusi ağ kombinezonda və maskalarda qəbul edirlər ki, bu da yerli eksteryerə kolorit əlavə edir.

Hollandiyalılara işlərinə görə ödəmək lazımdır...Əks halda yerlərindən belə tərpənməzlər

Bəzi tibb işçiləri telefonları vasitəsi ilə əvvəlcədən təyin olunmuş qəbullarının vaxtını dəyişirlər. Hətta evlərdəki xəstələrə baş çəkməli olanlar da. Elə həkimlər də var ki, onlar skayp vasitəsi ilə konsultasiya aparırlar ki, bu da ümumiyyətlə xəstə qəbulu etməməkdən daha yaxşıdır. Rusiyada olduğu kimi, könüllülər yoxdur. Heç kim-heç kimə əvəzsiz xidmət etmir. Hollandiyalılara işlərinə görə ödəmək lazımdır. Əks halda onlar yerlərindən belə tərpənməzlər.

Qəzetləri oxuyuram: tənha əlil karantin şəraitində onuna birgə evdə oturana 3000 avro ödəyəcək.

Bir çox saytlar maskalar satırlar, ancaq onlar dələduzlardırlar. Heç yerdə maska yoxdur, həyat yoldaşım almağa çalışdı, bizə 300 avro qarşılığında bir həftəyə çatdırılacağı bildirildi, ancaq bu da sual altındadır.

Daha bir son xəbər: Hollandiya hərbçilərini İraq və Əfqanıstandan geri çağırıb. Nəqliyyat üzrə fəaliyyət göstərən yerli sığorta firması xəstələrin daşınması üçün öz helikopterlərini təklif edib. Xüsusi resurslar yoluxmanın ilk əlamətlərində hansı addımların atılması ilə bağlı bir neçə dildə maarifləndirmə işləri aparırlar, o cümlədən lal və karlar üçün.

Küçələr qorxu filmlərini xatırladır

Bizim küçələr qorxu filmlərini xatırladır – maşınlar şütümür, insanlar yürümür, sərnişin nəqliyyatı daşımır və yalnız poçtalyonlar ona görə çalışırlar ki, onların maaşlarının artırılması vədi verilib. Praktiki olaraq, bütün mağazalar bağlanıb, məktəblilər evlərə tapşırıqlar verilməklə karantinə göndəriliblər. Valideynlər isə bundan ağıllarını itirirlər. Çünki uşaqların sonsuz enerjisi ilə uzlaşmaq elə asan iş deyil. Yazırlar ki, evlərdə uşaqlar üzərində zorakılıq halları ilə bağlı polisə çoxsaylı müraciətlər daxil olur. İlin sonu üçün nəzərdə tutulmuş imtahanların da vaxtı qeyri-müəyyən vaxta qədər dəyişdirilib. Bütün şagirdlər daha öncə aldıqları qiymətləri müqabilində qiymətləndirilirlər.

Epidemioloqların proqnozlarına görə, ən qorxulusu həftə yarım sonra yaşanacaq. Hollandiyalıların xasiyyətlərinə bələd olduğum üçün mən çoxsaylı idiotizmlər, həm də Allaha duaların artmasını gözləyirəm. Yeri gəlmişkən, epidemiyanın yayılması ərəfəsində yerli sakinlər daha tez-tez kilsəyə getməyə və dini saytları izləməyə başlayıblar.

Öz gəlirlərini itirən yerli sahibkarlar hökumətdən kompensasiya tələb edirlər. Böyük şirkətlərin özlərinin sığorta yastıqları var, kiçiklərində isə yoxdur. Mövcud fors-major hallarda sığorta təminatı nəzərdə tutulmayıb, çünki buna ehtiyac da yox idi. Heç kim ağlına və təsəvvürünə gətirə bilməzdi ki, belə bir vəziyyət yaranacaq. Mənə elə gəlir ki, hökumətin bu qədər nəhəng maliyyə itkisinə uğradığı üçün ehtiyatı da çatmayacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə