Ermənistan yeni COVID-19 koronavirusu ilə mübarizədə hədsiz dərəcədə aciz qalıb. Ölkənin Səhiyyə Nazirliyi maksimum 650 çarpayı hazırlaya biləcəyi qənaətindədir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı şöbə müdiri Arsen Torosyan bildirib.
Xatırladaq ki, Ermənistanda koronavirusla mübarizə üçün fövqəladə vəziyyət martın 16-dan aprelin 14-dək elan edilib. Ermənistan hakimiyyətinin son məlumatlarına görə, hal-hazırda bu ölkədə 235 COVID-19 infeksiyası aşkarlanıb. Qeyd edək ki, infeksiyanın sürətlə yayıldığı və səfalət içərisində olan bir ölkə üçün daha böyük vüsət alacağı proqnozlaşdırılan virusla mübarizə üçün ermənilərin hazırlıqsız olmaları Səhiyyə Nazirliyinin cəmi 650 çarpayı hazırlaya biləcəyi etirafından bəlli olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB