ABŞ koronavirus pandemiyasının episentrində PROQNOZ

ABŞ koronavirus pandemiyasının episentrində PROQNOZ

Birləşmiş Ştatların koronavirus pandemiyasının yeni bir qaynağına çevrilə biləcəyi proqnozlaşdırılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu proqnozu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Margaret Harris irəli sürüb.

"ABŞ-da infeksiya halların çox sürətli artımını nəzərə alırıq və buna görə də bildirilik ki, Birləşmiş Ştatların koronavirus pandemiyasının yeni bir qaynağına çevrilə biləcəyi tamamilə mümkündür", deyə Haris Cenevrədəki brifinqdə bildirib.
Ümumdünya Səhiyyə Təşkilatına görə, dünyada 330 mindən çox yeni koronavirus xəstəliyi var. Eyni zamanda, son bir gündə qeydə alınan hadisələrin 85% -i Avropa və ABŞ-dadır.
Amerika bu göstəricinin 40% -ni təşkil edir. Bazar ertəsi gününün hesabatına görə, bu vaxtadək ABŞ-da 42 mindən çox insan koronavirusa yoluxub ki, onlardan da 559 nəfəri ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə