Rusiya prezidenti Vladimir Putin, 26 mart tarixində, cümə axşamı, koronavirusla mübarizəyə həsr olunmuş G20 zirvəsində təcili video konfransda iştirak edəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Martın 26-da Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında keçiriləcək və koronavirus pandemiyası ilə mübarizəyə və onun qlobal iqtisadiyyata təsirinə həsr ediləcək təcili G20 sammitində iştirak edəcək", deyə məlumatda bildirilir.
Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni bir koronavirus COVID-19 ilə bağlı pandemiya elan edib. ÜST-nin son məlumatına görə, artıq dünyada 330 mindən çox insan bu xəstəliyə yoluxub, 14,5 mindən çox insan isə ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB