Fransada Covid-19 həmrəyliyi: Pəncərənin önünə qoyulmuş qırmızı parça nə deməkdir?

Fransada Covid-19 pandemiyasına qarşı "təcili yardım" çərçivəsində üç gün müddətinə komendant saatı elan olunub. Fransızlar sosial həmrəylik üsulları ilə çətin günləri keçməyə çalışırlar. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Fransanın Lot bölgəsindəki yaşlı və tənha insanlara kömək üçün yeni üsullar hazırlanıb. Koronavirusa qarşı ən riskli yaş qrupundakı insanlar komendant saatının tətbiq edildiyi bu günlərdə pəncərələrinin qarşısında qırmızı parça bağlayırlar. Beləliklə, orada yaşayan insanın tək olduğu və köməyə ehtiyacı olduğu başa düşülür.

Bu tətbiqetmənin müəllifi olan Kristian Meunier sosial mediada verdiyi açıqlamada: "Bu gün tək qalanların problemlərini söyləyəcək heç kim tapa bilməyənlərin pəncərəsinin önünə qırmızı parşadan iratə qoyaq. Evdən çıxa bilən sağlam insanları lazımı tədbirləri görərək bu evlərin qapılarını döyməklə qonşularına kömək edə biləcəklər”, - deyib.

Meunier bu təcrübənin bütün ölkədə yayılacağına ümid edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə