Çində virusa yoluxmada azalma müşahidə olunur

Çində virusa yoluxmada azalma müşahidə olunur

Çində gündəlik yeni növ koronavirusa yoluxanların sayında aşağı temp müşahidə olunur. SİA "Reuters"ə istinadən xəbər verir ki, yeni növ koronavirus infeksiyasından ümumi 3270 nəfər həlak olub.

Lakin, Çinin Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, son bir gün ərzində ölkə daxilində 39 nəfərin virusa yoluxduğu bildirilib. Məlumatda deyilir ki, yeni yoluxma hallarının hamısı Çinə xaricdən gələn şəxslər vasitəsilə olub.

Ümumilikdə 81 093 insan ölkədə virusa yoluxub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə