Covid-19 səbəbilə evinə qapananların sayı 2 milyarda yaxınlaşır

Covid-19 səbəbilə evinə qapananların sayı 2 milyarda yaxınlaşır

Dünyada yeni koronavirus epidemiyasına yoluxanların sayı (Covid-19) 380 mini, bu virusdan ölənlərin sayı 16 mini, yoluxmanın qarşısını almaq üçün evlərində qalanların sayı 1.8 milyardı keçib. SİA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı ölkələri bütün şübhəli halları sınaqdan keçirməyə çağırıb.

Avtomobil nəhəngləri Covid-19 epidemiyasına qarşı mübarizə çərçivəsinə süni nəfəs aparatları istehsal edəcəklər.

Beynəlxalq avtomobil şirkətləri koronavirusun yeni növünə (Covid-19) qarşı mübarizəni dəstəkləmək üçün respirator və digər tibbi avadanlıq istehsalına başlayacaqlar.

ABŞ-da General Motors, Ford və Tesla, istehsal potensialının bir hissəsini epidemiya ilə mübarizə səylərini dəstəkləmək üçün istifadə etməyə hazırlaşır.

ABŞ istehsalçıları General Motors, Ford və Tesla Covid-19 xəstələrinin baxımı üçün kritik olan və ABŞ-dakı yoluxma hallarının sayının artması ilə ehtiyatlarının az olması gözlənilən tənəffüs cihazlarının genişmiqyaslı istehsalı üçün imkanlarını səfərbər edəcəklərini açıqlayıblar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə