Ukraynada 84 nəfər koronavirusa yoluxub

Ukraynada 84 nəfər koronavirusa yoluxub

Ukraynada 84 nəfər koronavirusa yoluxdu. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə "İnterfaks" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, gün ərzində 11 yeni yoluxma hadisəsi qeydə alınıb.

Xatırladaq ki, hal-hazırda koronavirus aşkar olunan xəstələr Dnipropetrovsk vilayətində - iki, Donetsk bölgəsində - bir, Jitomir bölgəsində - iki (biri ölümcül), İvano-Frankivsk bölgəsində - beş (biri ölümcül), Kiyevdə - 29, Kiyev rayonunda - 15, Lvov bölgəsində - iki, Ternopil bölgəsində - iki, Çernovitski bölgəsində - 25(bir ölümcül), Çerkaski bölgəsində - bir saydadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə