SİA dünyada koronavirus pandemiyası ilə əlaqədar baş verənləri təqdim edir.
- Son məlumatlara görə, yeni növ koronavirus səbəbiylə ən çox itki verən ölkə 6,77 nəfərin öldüyü İtaliya olub.
İtaliyadan sonra ikinci ən yüksək ölüm Covid-19 epidemiyasının baş verdiyi və 3 min 277 nəfərin öldüyü Çin olub.
- Yeni növ koronavirus epidemiyası səbəbiylə ən çox ölüm hallarının qeydə alındığı üçüncü ölkə olan İspaniyada 2 min 311 adam ölüb.
- Covid-19 epidemiyasından ən çox ölüm halına sahib olan dördüncü ölkə İranda 1812 adam dünyasını dəyişib.
- Almaniyada bir gündə virusa tutulanların sayı 4 min 764 nəfər artaraq 27 min 436 nəfər yüksəlib. Ölənlərin sayı 86 nəfərdən 114 nəfərə yüksəlib.
- İngiltərədə bazar və apteklərdən başqa bütün ticarət fəaliyyətlərini dayandırmaq qərarı verilib. Ölkədə insanların yalnız zəruri alış-veriş və tək başına idman üçün evdən çıxmasına icazə verilməsi qərara alınıb.
- Aşkar edilmiş yeni koronavirus növünün (Covid-19) sayı Qətərdə 501, Mərakeşdə 143 və İordaniyada 128 nəfərə çatıb.
- Sudanda yeni növ koronavirusun (Covid-19) yayılması ilə mübarizədə qismən komendant saatı elan edilib.
- Cənubi Amerika ölkəsi olan Braziliyada yeni növ koronavirusdan (Covid-19) ölənlərin sayı 34nəfərə çatıb.
- Kolumbiyanın paytaxtı Boqotada Covid-19 ilə mübarizə çərçivəsində sahə xəstəxanalarının qurulmasına başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB