Koreyada koronavirusa yoluxanların sayı 9 mini keçib

Koreyada koronavirusa yoluxanların sayı 9 mini keçib

Cənubi Koreyada yeni növ koronavirusa (COVİD-19) daha 76 nəfər yoluxub. SİA-nın məlumatına görə, bu barədə Koreya xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin birliyi (KCDC) xəbər verib.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 9037 nəfərə çatıb, onlardan 120 nəfəri ölüb.

Məlumata əsasən, ən çox yoluxma halları Tequ (31) şəhərində qeydə alınıb. Ölkənin paytaxtı Seulda isə koronavirusa 4 nəfər yoluxub.

Bütün xəbərlər Facebook səhifəmizdə