Ermənistanda koronavirusa yoluxanların sayı 235-ə çatıb. SİA-nın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına istinadən xəbər verir ki, Kotayk bölgəsindəki istehsal müəssisələrinin birində növbəti yoluxma hadisəsi aşkar edilib.
Məlumatda qeyd edilir ki, İrəvanın Erebuni bölgəsindəki istehsal müəssisələrindən birində də yoluxma hadisəsini təsbit edilib.
Koronavirusa yoluxmuş 235 nəfərdən 26-da sətəlcəmin olduğu aşkarlanıb, yoluxanların əksəriyyətində hələlik temperatur yoxdur.
Baş nazir Paşinyan facebook səhifəsində yazıb ki, bu gündən etibarən çatdırılma xidmətləri istisna olmaqla, bütün restoran və kafelərdə qadağan tətbiq ediləcək. Tikinti işləri də dayandırılacaq. Yüngül sənayenin, toxuculuq sənayesinin işi dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB