Latviyada hökumət və parlament üzvləri koronavirus müayinəsindən keçəcəklər
Latviyada deputat Artus Kayminşin "COVID-19" virusuna yoluxması səbəbindən parlamentin digər üzvləri də həkim müayinəsindən keçəcəklər.
Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin rəhbəri bildirib ki, deputat A.Kayminş ilə ünsiyyətdə olan şəxslər 14 gün ərzində özlərini karantin vəziyyətində saxlamalı və zəruri hallarda tibb məntəqələrinə müraciət etməlidirlər.
Mərkəzin rəhbəri deyib ki, Kayminş hökumət nümayəndələri ilə görüşdüyü və koalisiya partiyalarının əməkdaşlıq şurasının iclaslarında iştirak etdiyi üçün karantin prosesi və həkim müayinəsi Baş Nazir başda olmaqla hökumət üzvləri üçün də zəruridir. Onlar da müayinədən keçəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB