"Virusun daha tez müəyyən edilməsi üçün Çindən 50 min cihaz gətirilib" - Fahrettin Koca
Türkiyədə koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir. İnsanların qəbul edilən qərarlara əməl etmələri tədbirlərin nəticələrini yaxşılaşdırır. “Zərurət olmadıqda evdən çıxmamaq” çağırışına əməl edilməsi əhalinin hökumətə ən böyük dəstəyidir.
SİA xəbər verir ki, bu fikirləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca söyləyib.
Nazir bildirib ki, hökumət səhiyyə sisteminə 32 min nəfərin işə qəbul olunmasını təmin edib. Virusun daha tez müəyyən edilməsi üçün Çindən 50 min cihaz gətirilib. Bundan başqa, Türkiyə qoruyucu maska, müxtəlif preparatlar və cihazların istehsalı üçün önəmli addımlar atıb.
Qeyd edək ki, Türkiyədə koronavirusdan 37 nəfər dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB