Çində son sutka ərzində 7 nəfər koronavirusdan ölüb, yoluxanların sayı isə 78 nəfər artıb

Çində son sutka ərzində 7 nəfər koronavirusdan ölüb, yoluxanların sayı isə 78 nəfər artıb

Çində yeni koronavirusun qurbanlarının sayı son sutka ərzində yeddi nəfər, yoluxanların sayı isə 78 nəfər artıb. 456 nəfər sağalıb.

SİA xəbər verir ki, bu barədə ÇXR-in gigiyena və səhiyyə üzrə Dövlət Komitəsi xəbər verib.

Məlumata əsasən, Çində koronavirusa yoluxanların ümumi sayı 82 mini keçib. Onlardan 3277 nəfər ölüb, 73 min nəfərdən çoxu isə sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə