Fransa parlamenti fövqəladə vəziyyətin tətbiqi ilə bağlı qanunun lehinə səs verib

Fransa parlamenti fövqəladə vəziyyətin tətbiqi ilə bağlı qanunun lehinə səs verib

Fransa Milli Məclisi və Senatı (parlamentin aşağı və yuxarı palataları) ölkədə koronavirus epidemiyasının yayılması fonunda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə qanunun qəbul edilməsinin lehinə səs verib.

SİA "france24.com" saytına istinadən xəbər verir ki, qanun Fransa prezidenti Emmanuel Makronun imzasından sonra qüvvəyə minəcək.

Bildirilir ki, qanun qüvvəyə mindikdən sonra ölkədə fövqəladə vəziyyətin uzadılması üçün yeni qanunun qəbul edilməsi lazım olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə