Martın 22-də Gürcüstan ərazisində 3,3 bal gücündə zəlzələ baş verib.
SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Gürcüstanın İmereti bölgəsində, Kutaisi yaxınlığında, Tsxaltubo rayonunun Kumistavi kəndi ərazisində qeydə alınıb.
Zəlzələnin episentri 8 kilometr dərinlikdə olub.
Dağıntı və fəlakət barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB