Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 30 nəfərə çatıb

Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 30 nəfərə çatıb

“Türkiyədə son bir gündə koronavirusdan 9 nəfər həyatını itirib, daha 289 nəfərdə isə koronavirus aşkarlanıb”.

SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 30-a çatıb. Ölkə üzrə virusa ümumilikdə 1256 nəfər yoluxub.

Bütün xəbərlər Facebook səhifəmizdə