“Türk Hava Yolları” aviaşirkəti yalnız beş şəhərə uçuşlar həyata keçirəcək
Türkiyənin “Türk Hava Yolları” (THY) aviaşirkəti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı qeyri-müəyyən dövr üçün qoyulan məhdudiyyət dövrü yalnız beş şəhərə uçuşlar həyata keçirəcək. SİA Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu qərar martın 27-dən qüvvəyə minəcək.
Qeyd olunan vaxtda uçuşların davam edəcəyi şəhərlər bunlardır: Moskva, Əddis-Əbəbə, Nyu-York, Vaşinqton və Honq Konq. Bildirilir ki, digər istiqamətlərə əvvəlcədən satılmış biletlər cari il dekabrın 31-dək dəyişdirilə bilər. THY uçuşları vaxtında edə bilməyən sərnişinlərə əlavə güzəştlər edəcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB