Özbəkistan hökuməti koronavirus riskinin yayılması ilə əlaqədar 23 mart tarixindən digər ölkələrlə sərhədin bağlanılması barədə qərar qəbul edib. SİA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin Nazirlər Kabinetinin əməliyyat qərargahı məlumat yayıb. "Martın 23-ü saat 00: 01-dən etibarən bütün şəxslər (Özbəkistanı tərk edən digər ölkələrin vətəndaşları istisna olmaqla) üçün mövcud sərhəd-keçid məntəqələri bağlanır. Müvafiq addım ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə atılır"-deyə, məlumatda qeyd olunub. Qeyd edək ki, hazırda Özbəkistanda 42 nəfər koronavirusa yoluxub. Xatırladaq ki, Özbəkistan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və Tacikistanla həmsərhəddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB