Kolumbiyada yeni növ koronavirusa (COVID-19) yoluxmuş şəxs dünyasını dəyişib. SİA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Twitter" hesabında yazılıb. Məlumata görə, 58 yaşlı kişi virusa sürücü işlədiyi zaman italiyalı turistlərdən yoluxub. Qeyd edək ki, Kolumbiyada koronavirusa yoluxanların ümumi sayı 210 nəfərdir. Hazırda üç nəfər sağalaraq evə buraxılıb. Xatırladaq ki, Kolumbiyada koronavirusa görə fövqəladə vəziyyət elan olunub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB