Türkiyədə sərnişin qatarının lokomotivinin yoldan çıxması nəticəsində iki nəfər yaralanıb
Türkiyənin Elazığ bölgəsində sərnişin qatarının lokomotivinin yoldan çıxması nəticəsində iki nəfər yaralanıb. Hadisə dəmir yolunun dağ yamacından keçən hissəsində baş verib.
SİA xəbər verir ki, yaralananlardan biri maşinist, digəri qatar nəzarətçisidir.
Qatardakı sərnişinlər təxliyə olunub. Hazırda qəzanın nəticələrinin aradan qaldırılmasına başlanılıb. Əraziyə ağır texnika və qaldırıcı kranlar cəlb olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB