Meksikada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub

Meksikada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub

Meksikanın Hərbi-Dəniz Donanması Nazirliyinə məxsus çox hədəfli "Black Hawk" helikopteri ölkənin şərqindəki Verakrus ştatında qəzaya uğrayıb.

SİA xəbər verir ki, bu barədə qurumun "Twitter" səhifəsində bildirilib. "Verakrus ştatı, Teuipanqo bələdiyyəsinin Tepekuitlapa rayonunda quruma aid helikopterin qəzaya uğraması barədə xəbər veririk", - deyə məlumatda deyilir.

Məlumata görə, nəticədə təyyarədə olan bir nəfər ölüb, doqquz nəfər xəsarət alıb. Hazırda aviaqəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə