Türkiyədə koronavirusdan ölənlərin sayı daha beş nəfər artaraq doqquza çatıb
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) səbəbindən ölənlərin sayı daha beş nəfər artaraq doqquza çatıb.
SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Qeyd edilib ki, bu zaman ərzində 3656 nəfər koronavirus testindən keçirilib və onlardan 311-də xəstəlik aşkarlanıb. Bununla, ölkədə COVİD-19-a yoluxanların sayı 670 nəfər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB