İtaliyada son sutka ərzində koronavirusa yoluxanlardan 627 nəfəri ölüb

İtaliyada son sutka ərzində koronavirusa yoluxanlardan 627 nəfəri ölüb

İtaliyada koronavirusdan ölənlərin sayı 4032-yə çatıb.

İtaliyada son sutka ərzində koronavirusa yoluxanlardan 627 nəfəri ölüb. Gün ərzində 5986 nəfər isə virusa yoluxub.

SİA “euronews” kanalına istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Mülki müdafiə departamentinin müdiri Ancelo Borrelli açıqlamasında bildirib.

O qeyd edib ki, ölkədə ümumilikdə virusa yoluxanların sayı 47 min 21-ə çatıb. Bu günədək 5 min 129 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə