Ölkədə xəstəliyə yoluxanların sayı sütka ərzində 1046 nəfər artıb. Bir sutkada İranda koronavirus xəstələri arasında 149 ölüm hadisəsi baş verib, 1046 yeni infeksiya da müəyyən edilib. SİA xəbər verir ki, bu barədə "Fars" agentliyi respublika səhiyyə və tibbi təhsil nazirinin müavini Əli Rza Raisinin sözlərinə istinadən məlumat yayıb.
Beləliklə, ölkədə koronavirus xəstələrinin ümumi sayı 18 407, koronavirus qurbanlarının sayı 1284 nəfərə çatıb.
Xatırladaq ki, İran Səhiyyə Nazirliyi, fevralın 19-da ölkədə koronavirus infeksiyasının ilk hallarını açıqlayıb və Qum əyalətində koronavirus xəstələrinin tapıldığı bildirilib. Hal-hazırda, koronavirusun yayılması səbəbindən, bütün İran məktəbləri martın sonuna qədər bağlıdır. İslam Respublikası ilə əlaqə bir çox ölkə tərəfindən məhdudlaşdırılıb.
Həmçinin qeyd edək ki, koronavirus İranın bir sıra yüksək vəzifəli şəxslərində də aşkar edilib. Onların arasında İranın birinci vitse-prezidenti Eshak Cahangiri, Turizm, Mədəni İrs və sənətkarlıq naziri Əli Əsğar Munesan, həmçinin Ticarət, Sənaye və Mədənlər naziri Rəzu Rəhmani də var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB