ÜST Orta Şərq ölkələrinin epidemiya ilə bağlı daha şəffaf olmasını istəyib

ÜST Orta Şərq ölkələrinin epidemiya ilə bağlı daha şəffaf olmasını istəyib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Orta Şərq ölkələrinə yeni koronavirusun (Covid-19) yayılması barədə məlumatı ÜST ilə bölüşmək barədə xəbərdarlıq edib. ÜST-nin regional direktoru Əhməd əl-Mandhari Qahirədəki video konfrans vasitəsi ilə keçirdiyi mətbuat konfransında Yaxın Şərq ölkələrindən koronavirus xəstəliyinə qarşı mübarizədə daha şəffaf olmalarını istəyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Əhməd əl-Mandhari "Əgər məlumat əldə edə bilsək, bu epidemiyanı dayandıra bilərik" deyib.

Ümumdünya Səhiyyə Təşkilatının Yaxın Şərq və Şimali Afrikadakı 21 ölkəsindən məsul olan Əhməd əl-Mandhari hansı ölkələrin şəffaf fəaliyyət göstərmədiyini aydınlaşdırmayıb.

ÜST nümayəndəsi, məsul olduğu bölgədə, əsasən İranda, 18 mindən çox koronavirus hadisəsinin aşkarlandığını və virusun yerlərdə yayıldığını müşahidə etdiklərini xatırladıb.

Əhməd əl-Mandhari "Biz bölgə hökumətlərinin epidemiya ilə mübarizə üçün səhiyyə sahəsində daha güclü bir öhdəlik götürməsini istəyirik və hərəkətə keçməyin vaxtı gəldi" deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə