İtaliyada əlcəksiz işləyən həkim vəfat edib

İtaliyada əlcəksiz işləyən həkim vəfat edib

İtaliyada, əlcəksiz işləyən bir həkim, yeni növ koronavirusa (Covid-19) qarşı ehtiyatsız olduğu üçün həyatını itirib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Daha əvvəlölkəsindəki xəstəxanaların epidemiya üçün hazır olmadığını və digər həkimlər kimi əlcəksiz işləməli olduqlarını söyləyən 57 yaşlı həkim Marcello Natali bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.

Covid-19 ilə əlaqəli sətəlcəmdən vəfat edən italiyalı həkim fevralın 28-də verdiyi açıqlamada yaşadığı Codogno şəhərindəki xəstəxanada 35 həkimdən 14-nün karantinda olduğunu söyləyərək italyan həkimlərin yaşadığı dramdan bəhs edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə