İranın Ali liderinin təsdiq etdiyi əfv fərmanı 10 minə yaxın məhbusa şamil ediləcək
İranın məhkəmə orqanları Ali lider Əli Xameneinin təsdiq etdiyi əfv fərmanına əsasən, 10 minə yaxın məhbusu azad edəcək.
SİA "İSNA"ya istinadən xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin sözçüsü Qolyam Hüseyin İsmaili açıqlama verib.
O bildirib ki, əfvə düşən məhbusların yarıdan çoxu ölkənin təhlükəsizliyinə təhdid yaradan işlərə görə məhkum edilib.
Qeyd edək ki, İran konstitusiyasına görə, Ali lider Ali Məhkəmə sədrinin tövsiyəsi ilə məhkumların cəzalarını azaltmaq və ya əfv etmək hüququna malikdir.
Xatırladaq ki, sonuncu dəfə bu il fevralın 10-da İslam İnqilabının ildönümü münasibətilə ölkədə 2300 məhkum əfv edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB