İranda koronavirusdan ölənlərin sayı 1135 və bu virusa yoluxduğu təsdiqlənən şəxslərin sayı isə 17,361 nəfər təşkil edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İranın Səhiyyə Nazirliyi bəyanat verib. Bildirilib ki, son sutkada koronavirusa daha 1192 nəfər yoluxub və bu rəqəm ümumilikdə 17,361 nəfərə çatıb. Əlavə edilib ki, son sutkada koronavirusdan 147 nəfər həyatını itirib və ümumilikdə bu say 1135-ə çatıb. İranda ümumilikdə 5710 nəfər bu xəstəlikdən sağalıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB