Koronavirusa yoluxanların sayı 200 000-i ötdü

Koronavirusa yoluxanların sayı 200 000-i ötdü

Dünyada koronavirus daşıyıcılarının sayı 200 099 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyada ən çox yoluxma hadisəsi Çin (80 894), İtaliya (31 506), İran (16 169) və İspaniyada (11 826) qeydə alınıb. Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasından indiyədək ölənlərin sayı 8 010 nəfərdir. Sağalanların sayı isə 82 813 nəfərdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə