Gürcüstanda koronavirusa yoluxanların sayı 38 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 38 nəfərə çatdı

Gürcüstanda daha dörd nəfərdə koronavirus təsdiqlənib. SİA xəbər verir ki, bu barədə xəstəliyin monitorinqi üçün hökumətin yaratdığı xüsusi veb saytda bildirilir.

Saytda qeyd olunur ki, halların ümumi sayı 38-ə çatıb. "38 təsdiqlənmiş yoluxma hadisəsi var, 1261 karantin rejimində, 211-i nəzarət altındadır" deyə veb sayt məlumat yayıb.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun pandemiya olduğunu elan edib. Dünyanın 150-dən çox ölkəsində 179 mindən çox insan artıq bu xəstəliyə yoluxub, əksəriyyəti sağalıb, 7,4 mindən çox insan isə həyatını itirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə