Braziliya Prezidenti Jair Bolsonaru tərəfindən edilən koronavirus üçün ikinci bir testin nəticəsi mənfi olub. SİA xəbər verir ki, bu barədə dövlət başçısı öz twitter səhifəsində yazıb.
"Sizə xəbər verirəm ki, ikinci dəfə koronavirus sınağım mənfi olub. Hamınızın gecəsi xeyrə qalsın", deyə Bolsonaru yazıb.
Daha əvvəl məlum olmuşdu ki, Braziliyanın Prezident administrasiyasındakı ictimai rabitə katibliyinin rəhbəri Fabio Veinqartenin testləri koronavirus üçün müsbət nəticə vermişdi. Bolsonaru ona görə də məhz bundan sonra ikinci testdən keçməyə qərar vermişdi.
Xatırladaq ki, Bolsonaruda COVID-19 üçün ilk testin nəticələri də mənfi olub.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB