Benyamin Netanyahu: “Türkiyəni saxlayın”

Benyamin Netanyahu: “Türkiyəni saxlayın”

İsrail Türkiyənin Qəzza sektoruna silah yolu daxil olmaq istəyindən narahatdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Avropa İttifaqına üzv olan ölkələrin səfirləri ilə görüşündə deyib: " Mən sizə müraciət edərək bildirmək istərdim ki, hazırda yaranan vəziyyətlə bağlı təmsil etdiyiniz ölkənin başçısına müraciət ünvanlayasınız. Onlarda Qəzzaya daxil olmanın qarşısının alınması üçün rəsmi Ankaraya müraciət etsinlər".

 

Netanyahu vurğulayıb ki, regionda stabillik istəyən hər bir dövlət buna danışıqlar yolu ilə nail olmalıdır: "Silahlı müdaxilə yol verilməzdir"- deyə, o sözünə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə