Çində bir sutka ərzində 13 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, son 24 saat ərzində Çində koronavirus xəstəliyinə yoluxanların sayı 13 nəfər artıb. 11 nəfər ölüb, 922 nəfər sağalıb. Ölkədə bütün epidemiya zamanı yoluxmuş koronavirus xəstələrinin ümumi sayı 80,8 min nəfərə çatıb. Bunlardan 69,6 min nəfəri sağalıb, 3273 nəfər isə həyatını itirib. Buna görə də rəsmi olaraq ölüm nisbəti 4% təşkil edib. Sağalmış insanların nisbəti arıb və 84.9% -dən 86% -ə qalxıb.
Xatırladaq ki, 2019-cu ilin sonunda Mərkəzi Çində yeni koronavirus xəstəliyinin yayılması məlum olub və ardınca bu xəstəlik 130-dan çox ölkəyə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bu xəstəlik pandemiya olaraq tanınıb. Son məlumatlara görə, dünyada 180 mindən çox insan yoluxub, 7 minə yaxın insan ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB