Koronavirusla mübarizəyə 5 milyard dollar ayırmaqdan imtina olundu

Koronavirusla mübarizəyə 5 milyard dollar ayırmaqdan imtina olundu

Venesuelaya koronavirusla mübarizə aparmaq üçün 5 milyard dollar ayırmaqdan imtina edilib. SİA xəbər verir ki, bu barədə RenTv "Associated Press"ə istinadən məlumat yayıb.

Məlumatda o da qeyd olunub ki, bundan əvvəl prezident Nikolas Maduro koronavirus xəstəliyi ilə mübarizə üçün pul istədiyi barədə məktub da göndərmişdi.

"BVF-nin üzv ölkələrlə əməkdaşlığı hökumətin beynəlxalq ictimaiyyət tərəfindən rəsmi tanınmasına əsaslanır" deyən fond, hazırda "tanınma ilə bağlı heç bir aydınlıq olmadığını" vurğulayıb.

Xarıladaq ki, bir müddət əvvəl fondun direktoru Kristalina Qeorqieva BVF-nin bir trilyon dollara qədər ehtiyat fondundan istifadə etməyə hazır olduğunu bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə